Bank Of Baku

“Dalğa” Gənclər Hərəkatı ayaqyalın aksiya keçiriləcək

“Dalğa” Gənclər Hərəkatı ayaqyalın aksiya keçiriləcək
# 24 sentyabr 2007 11:54 (UTC +04:00)
“Dalğa” Gənclər Hərəkatı sentyabrın 26-da təhsildə köklü islahatlar keçirilməsi tələbi ilə qeyri-ənənəvi aksiya keçirəcək. Hərəkatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiya iştirakçıları heç bir şüar səsləndirmədən, plakat qaldırmadan ayaqyalın olaraq gəzinti edəcəklər. Sahil bağında başlayacaq aksiya Nizami küçəsi və Fəvvarələr bağında gəzinti ilə davam edəcək. Aksiyanın 1 saat davam etməsi nəzərdə tutulub. Aksiyada təhsil sahəsinə cavabdeh konkret bir orqanın olması, Boloniya prosesindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xaricdə təhsil almaq üçün göndərilən tələbələrin seçimində şəffaflığın təmin edilməsi, təhsildə rüşvətə qarşı sistemli mübarizənin aparılması, pedaqoji kadr islahatlarının həyata keçirilməsi, “Təhsil haqqında” qanunun qəbulunda şəffaflığın sona qədər təmin edilməsi və yaxın zamanlarda qanunun qüvvəyə minməsi tələb olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR