Bank Of Baku

Ümid Partiyası Milli Birlik Hərəkatının seçki komissiyaları ilə bağlı təklifini iqtidarın mənafeyinə uyğun sayır

Ümid Partiyası Milli Birlik Hərəkatının seçki komissiyaları ilə bağlı təklifini iqtidarın mənafeyinə uyğun sayır
# 24 sentyabr 2007 11:59 (UTC +04:00)
Milli Birlik Hərəkatının (MBH) seçki komissiyalarının 5 siyasi partiya tərəfindən formalaşdırılması ilə bağlı təklifi iqtidarın mənafeyinə uyğundur. APA-nın məlumatına görə, bunu Ümid Partiyası sədrinin ideoloji təbliğat məsələləri üzrə müavini Ənvər Ağazadə bildirib. Sədr müavini partiyanın mətbuat xidmətinə açıqlamasında MBH-nin təklifinin mahiyyət etibarilə hakimiyyətin irəli sürdüyü təkliflərdən fərqlənmədiyini qeyd edib: “İqtidar imkanı çatdığı bütün sahələri monopoliyada saxlamağa çalışdığı kimi, bəzi müxalifət partiyaları da müxalifət düşərgəsini monopoliyada saxlamağa çalışır”. Ə. Ağazadənin sözlərinə görə, təklifdə 60-dan yuxarı dairədən namizəd irəli sürmüş partiyaların komissiyaların formalaşdırılmasına cəlb olunması əksini tapıb: “Amma blok şəklində seçkilərə qatılan Müsavat, ADP və AXCP-nin heç birinin 60-dan çox namizədi olmayıb. Yalnız siyahı xatirinə 60 namizəd irəli sürən ALP-nin isə ümumi seçicilərin minimum 1 faizinin səsini toplaması şübhə doğurur”. Ə. Ağazadə MBH-nin son parlament seçkilərinin nəticələrini saxta saydığını xatırladıb və onların bu seçkilərin nəticələrinə istinad etmələrinin absurd olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR