Bank Of Baku

Parçalanmış Kommunist Partiyasının tərəfləri ayrı-ayrılıqda qurultaya hazırlaşır

Parçalanmış Kommunist Partiyasının tərəfləri ayrı-ayrılıqda qurultaya hazırlaşır
# 24 sentyabr 2007 12:07 (UTC +04:00)
“Partiyanı ələ keçirən Rüstəm Şahsuvarov və onun əlaltıları təşkilatın plenumuna Kommunist Partiyasının üzvü olmayan, muzdlu adamları toplamışdılar. Əsl plenum nümayəndələri isə qapı arxasında qalmışdı”. Azərbaycan Kommunist Partiyası Təşkilat Komitəsinin (AKP TK) sədri Rauf Qurbanov APA-ya bildirib ki, toplantıda ona qarşı əsasız ittihamlar səsləndirilib. Onun sözlərinə görə, oktyabrın 14-də R. Şahsuvarov və onun tərəfdarlarının keçirəcəyi qurultayda da analoji vəziyyət baş verəcək. Plenumu qeyri-legitim hesab edən R. Qurbanov bu şəxslərin partiyadan çıxarıldığını da açıqlayıb: “AKP Mərkəzi Komitəsinin fəaliyyəti dayandırılıb və bütün səlahiyyətlər Təşkilat Komitəsinə verilib. Gülnisə Məsimova Təşkilat Komitəsi sədrinin müavini seçilib”.
AKP-nin sədr əvəzi Rüstəm Şahsuvarov isə APA-ya açıqlamasında digər tərəfin fikirlərini qeyri-sağlam hesab edib: “Mərkəzi Komitənin fəaliyyətini 4-5 nəfərin iştirakı ilə keçirilən yığıncaqda dondurmaq olmaz. 70 plenum nümayəndəsindən 63-ü toplantıda iştirak edib. O ki qaldı Rauf Qurbanovun partiyadan çıxarılmasına, o, 1999-cu ildə partiyadan xaric edilib. Lakin mərhum sədr Ramiz Əhmədov onu bağışladıqdan sonra Milli Məclisə deputat seçilib. Amma bu məsələ 1999-cu ildəki məsələnin davamı deyil. Bir-iki nəfərin partiyadan getməsi isə AKP-nin parçalanması demək deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR