Bank Of Baku

Robert Simmonsun regiona səfəri başlayır

Robert Simmonsun regiona səfəri başlayır
# 24 sentyabr 2007 12:28 (UTC +04:00)
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bu gün Ermənistana səfər edəcək. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, xüsusi nümayəndə Ermənistan rəhbərliyinə NATO-nun Cənubi Qafqazda yeni koordinatoru, polşalı diplomat Zbiqnev Repaçkini təqdim edəcək. Görüşlərdə Ermənistanın NATO ilə əməkdaşlığı, sülhməramlı əməliyyatlar və digər proqramlarda iştirakı, Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (IPAP) həyata keçirilməsi və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, R. Simmons regiona səfəri çərçivəsində sentyabrın 28-də Azərbaycana gələcək. O, Azərbaycanın yüksək səviyyəli rəsmiləri və Azərbaycan-NATO əməkdaşlıq komissiyasının üzvləri ilə görüşəcək. Xatırladaq ki, bu səfər ənənəvi xarakter daşıyır. Belə ki, xüsusi nümayəndə ildə iki dəfə - yazda və payızda regiona səfər edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR