Bank Of Baku

Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb
# 24 sentyabr 2007 13:21 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri səfir Xose-Luis Herrero Ansola ilə görüş keçirib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə 2008-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədə ictimai-siyasi durum barəsində geniş fikir mübadiləsi aparılıb, siyasi partiyalar arasında dialoqun mümkünlüyü məsələsi nəzərdən keçirilib. ATƏT səfiri Azərbaycanda qüvvədə olan Seçki Məcəlləsinə bəzi texniki əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrin aparıldığını xatırladıb, bütövlükdə bu məcəllənin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qəbul olunduğunu və Avropa standartlarına tam uyğun gəldiyini vurğulayıb. Ə. Əhmədov isə öz növbəsində mövcud Seçki Məcəlləsinin ölkədə demokratik, azad və ədalətli seçkilərin keçirilməsinə tam təminat verdiyini qonağın nəzərinə çatdırıb. Siyasi partiyalar arasında dialoq məsələsində ATƏT-in Bakı ofisi ilə YAP-ın mövqeyinin üst-üstə düşdüyü qeyd olunub. Tərəflər YAP-la bütövlükdə müxalifətin siyasi çəkisinin müqayisə olunmazlığı faktının partiyalar arasında dialoqun formatında da nəzərə alınmasının vacibliyini qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR