İran səfirliyi qarşısında piketdə tutulanlar sərbəst buraxılıb

İran səfirliyi qarşısında piketdə tutulanlar sərbəst buraxılıb
# 24 sentyabr 2007 13:26 (UTC +04:00)
Bu gün saat 12:00-da Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Gənc Türklər Təşkilatı və Güney Azərbaycan İstiqlal Partiyasının İranda türk dilində tədrisin rəsmiləşdirilməsi tələbi ilə bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında keçirdiyi birgə piketdə saxlanılanlar sərbəst buraxılıblar. Güney Azərbaycan İstiqlal Partiyasının Strateji Araşdırma Mərkəzinin sədri Sadiq İsabəylinin APA-ya verdiyi məlumata görə, polislə yaranan toqquşma zamanı saxlanılaraq Səbayel RPİ-nin 9-cu polis bölməsinə aparılan 12 aksiya iştirakçısı saat 15:00-da sərbəst buraxılıb. Onlardan izahat alınıb və bir daha icazəsiz aksiya keçirməməkləri ilə bağlı xəbərdarlıq edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR