Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 24 sentyabr 2007 13:49 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan əraziləri ilə bağlı sülh danışıqlarının gedişi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordujanın Azərbaycan və Gürcüstanın hərbi büdcələrinin artırılması haqda verdiyi bəyanatı, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun rəsmi Moskvanın imperiya maraqlarını ifadə edən açıqlaması barədə fikir mübadiləsi aparılıb. Yığıncaqda qeyd olunub ki, Rusiyanın dondurulmuş münaqişələrlə bağlı yürütdüyü siyasət, rəsmi Moskva tərəfindən separatçı rejimlərin birmənalı şəkildə dəstəklənməsi, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın siyasətinin müdafiə olunması postsovet məkanında yaşanan bütün problemlərin arxasında məhz Kremlin dayandığını sübuta yetirir. İdarə Heyəti hesab edir ki, Rusiyanın Gürcüstandan çıxarılan hərbi texnikası və silah-sursatı Ermənistanda, həmçinin işğalı altında olan Azərbaycan ərazilərində yerləşdirməsi, işğalçı dövlətin kütləvi şəkildə silahlandırılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, Rusiyanın qoşulduğu müvafiq beynəlxalq saziş və konvensiyaların kobud şəkildə pozulmasıdır. Toplantıda Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişənin tənzimlənməsində vasitəçi kimi çıxış etməsini mümkünsüz etdiyi də bildirilib: “Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələnən münaqişənin arxasında Rusiyanın dayandığını çəkinmədən bildirməli, ölkənin NATO-ya üzv olacağını bəyan etməli, eləcə də öz hərbi büdcəsini faiz etibarilə Rusiyanın hərbi büdcəsinin səviyyəsinə çatdırmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR