Bank Of Baku

“Azadlıq” bloku Qənimət Zahidin məhkəməyə verilməsi ilə bağlı bəyanat yayıb

“Azadlıq” bloku Qənimət Zahidin məhkəməyə verilməsi ilə bağlı bəyanat yayıb
# 24 sentyabr 2007 14:28 (UTC +04:00)
“Azadlıq” bloku iqtisadi inkişaf naziri Heydər Babayev tərəfindən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə etiraz olaraq bəyanatla çıxış edib. Blokun mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda hakimiyyətin bu vaxta qədər dəfələrlə qəzetə qarşı qərəzli mövqe tutduğu, üzərinə məhkəmə cərimələri qoyulduğu, bir neçə əməkdaşın naməlum şəxslər tərəfindən döyüldüyü bildirilib. Bəyanat müəllifləri nazirin bu addımının hakimiyyətin azad sözə qarşı total hücumunun bir hissəsi olduğunu qeyd edərək dövlət məmurlarını mətbuat nümayəndələrinə qarşı bu cür mövqedə dayanmaqdan çəkinməyə çağırıb. Blok dünya ictimaiyyətini və beynəlxalq təşkilatları məsələyə diqqət yetirməyə də səsləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR