Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 24 sentyabr 2007 14:45 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda müxalifət partiyalarının iştirakı ilə seçki komissiyasının yaradılması və bununla bağlı həmin düşərgədə təmsil olunan təşkilatlara müraciət edilməsi nəzərdə tutulub. Müzakirələr zamanı yaxın bir ay ərzində müxalifət düşərgəsində təmsil olunan partiyaların iştirakı ilə Seçki Məcəlləsinə həsr edilən geniş tədbir keçirilməsi də qərara alınıb. Yığıncaqda Sədrlər Şurası ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ problemi ilə bağlı fəaliyyətini pisləyib. Toplantıda DUİ-nin təşəbbüsü ilə sentyabrın 25-də keçiriləcək IV Qarabağ Forumuna hazırlıq işləri də müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR