Bank Of Baku

Altı müxalifət təşkilatı Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı vahid mövqedən çıxış etmək barədə razılığa gəlib

Altı müxalifət təşkilatı Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı vahid mövqedən çıxış etmək barədə razılığa gəlib
# 05 oktyabr 2007 13:16 (UTC +04:00)
Altı siyasi qurum Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı vahid mövqedən çıxış etmək üçün razılığa gəlib. Bu barədə APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, hazırda yeni layihə üzərində iş gedir. Ümumi prinsiplərdə ortaq məxrəcin əldə olunduğunu deyən partiya sədri növbəti iclasda sənədin qəbul edilməsinin nəzərdə tutulduğunu bildirib: “Çalışacağıq ki, başqa siyasi qurumlarla da orta məxrəcə gəlməyə çalışaq. Hətta müəyyən məsələdə geri çəkilmək lazım gəlsə, buna da gediləcək. Əsas odur ki, vahid sənəd ortaya qoyulsun”.
Qeyd edək ki, razılıq Müsavat, Demokrat, Tərəqqi, Milli İstiqlal, Sosial Demokrat partiyaları və Azərbaycan Naminə İctimai Forum arasında əldə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR