Bank Of Baku

Aqo qrupunun rəhbəri: “Spiker mənə dedi ki, Seçki Məcəlləsinə Venesiya Komissiyasının rəyinə uyğun dəyişikliklər ediləcək” - EKSKLÜZİV

Aqo qrupunun rəhbəri: “Spiker mənə dedi ki, Seçki Məcəlləsinə Venesiya Komissiyasının rəyinə uyğun dəyişikliklər ediləcək” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 05 oktyabr 2007 13:26 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna Aqo qrupunun rəhbəri Pyer Syorgen deyib. “Aqo”nun rəhbəri Azərbaycanda media ilə bağlı vəziyyətdən narahat olduqlarını da deyib: “Biz spikerlə bu mövzuda da müzakirələr apardıq. Eyni zamanda siyasi məhbuslarla bağlı işçi qrupun fəaliyyəti barədə danışdıq. Spiker yaxınlarda əfv fərmanının olacağını istisna etməyib və bu istiqamətdə iş aparıldığını dedi”. Cənab Syorgen Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyini, indiki məqamda Azərbaycanın post-monitorinq ölkəsinə çevrilməsinin müzakirə mövzusu olmadığını söyləyib. Onun sözlərinə görə, Azərbaycana növbəti səfər barədə hələ qəti qərar qəbul edilməyib: “Amma yazda belə bir səfərin mümkünlüyünü istisna etmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR