Bank Of Baku

Zaqatalada YAP-ın yaranmasının 15-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib

Zaqatalada YAP-ın yaranmasının 15-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib
# 19 noyabr 2007 15:42 (UTC +04:00)
Bu gün Zaqatalada Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 15-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Rayonun Əliabad qəsəbəsində təşkil olunmuş yubiley tədbirinə rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları ilə birgə RİH başçısı Asif Əsgərov da qatılıb. Tədbirdə çıxış edən YAP-ın Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov partiyanın uğurlu və məqsədyönlü fəaliyyətindən danışıb. O, Zaqatalada partiyaya daxil olanların sayının durmadan artdığını dilə gətirib. Tədbirdə həmçinin 100-ə yaxın şəxsə partiya vəsiqəsi təqdim edilib və aktiv YAP-çılara müxtəlif hədiyyələr verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR