Bank Of Baku

Azərbaycanın dövlət xadimlərinin olduğu vertolyotun ermənilər tərəfindən vurulmasından 16 il ötür

Azərbaycanın dövlət xadimlərinin olduğu vertolyotun ermənilər tərəfindən vurulmasından 16 il ötür
# 20 noyabr 2007 07:46 (UTC +04:00)
APA-nın məlumatına görə, vertolyotun vurulması nəticəsində Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - Milli Məclisin deputatı, dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini, millət vəkili Zülfü Hacıyev, dövlət müşaviri, millət vəkili Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Qurban Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ. Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S. Vanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V. Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N. Cinkin, dövlət katibinin köməkçisi R. Məmmədov, Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətinin əməkdaşları Alı Mustafayev, Arif Hüseynzadə və Fəxrəddin Şahbazov, Rusiya Federasiyasından olan müşahidəçilər general-mayor M. Lukaşov və podpolkovnik V. Koçarov, Qazaxıstan Respublikasının daxili işlər nazirinin birinci müavini S. Serikov və 3 nəfər ekipaj üzvü həlak olublar. Azərbaycanın görkəmli dövlət xadimlərinin erməni terrorçuları tərəfindən öldürülməsi ilə bağlı cinayət işi başlansa da, sonradan bu cinayət işinin istintaqı dayandırılıb. Həmin cinayət işi ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərin istintaqını aparan vahid əməliyyat istintaq qrupunda birləşdirilib. Həmin ərazi ermənilərin işğalı altında olduğundan cinayətkarları müəyyənləşdirmək mümkün olmayıb. Hadisədən sonra vertolyotun qara qutusu oxunmaq üçün Moskvaya aparılıb. Ekspertiza zamanı müəyyən olunub ki, qara qutunun kaseti vertolyotun yanması nəticəsində 700 dərəcədən artıq istinin təsirinə məruz qaldığından foto plyonka yanıb və son uçuş barədə məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, terror aktı nəticəsində həlak olanların cəsədlərinin qalıqları Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında dəfn olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR