Bank Of Baku

Gülüstan Sarayında “YAP: 15 il yüksəliş yolunda” mövzusunda konfrans keçirilir

Gülüstan Sarayında “YAP: 15 il yüksəliş yolunda” mövzusunda konfrans keçirilir
# 20 noyabr 2007 09:17 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransı açıq elan edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov YAP-ın yaranma tarixindən danışıb. O, Azərbaycanın inkişafı üçün YAP-ın gördüyü işlərdən söz açıb: “Hazırda İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı davam edir”.
Daha sonra YAP sədrinin müavini Murtuz Ələsgərov “Heydər Əliyev yolu əbədidir” mövzusunda məruzə ilə çıxış edib. O, YAP yarandıqdan sonra ölkədə nəhəng layihələr həyata keçirildiyini, yeni ictimai-siyasi dəyərlərin formalaşdığını deyib: “Heydər Əliyev xalqa layiqli davamçı ərməğan etdi”.
YAP İdarə Heyətinin üzvü Zahid Qaralov “YAP tarixi zərurətdən yarandı”, təhsil naziri Misir Mərdanov “Davamlı inkişaf və təhsil”, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli “YAP: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, fasilədən sonra konfrans bölmələrdə davam etdiriləcək. Birinci bölmə “YAP: zamanın tələbi, xalqın istəyi” adı altında Milli Məclisin komissiya sədri Arif Rəhimzadənin sədrliyi ilə, ikinci bölmə “YAP: Heydər Əliyev ideyalarının daşıyıcısı” adı altında MM-in komissiya sədri Eldar İbrahimovun sədrliyi ilə, üçüncü bölmə isə “Yeni zamanın, yeni liderin partiyası” adı altında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov sədrliyi ilə keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR