Bank Of Baku

MDB Hökumət Başçıları Şurasının iclasında 29 sənəd müzakirə olunacaq

MDB Hökumət Başçıları Şurasının iclasında 29 sənəd müzakirə olunacaq
# 20 noyabr 2007 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirlə bağlı MDB İcraiyyə Komitəsinin sədri, qurumun icraçı katibi Sergey Lebedev bu gün Aşqabada gəlib. İclasda hökumət başçılarının müzakirəsinə çıxarılacaq 29 sənəd layihəsindən 27-nin qeyd-şərtsiz qəbul olunacağı gözlənilir. Müzakirə olunacaq əsas məsələlərdən biri əmək miqrantları və onların ailə üzvlərinin hüquqi statusuna dair konvensiya layihəsidir. Hökumət başçıları mülki aviasiyanın inkişafının əsas istiqamətləri və uçuşların təhlükəsizliyinin yüksəlməsi, regional və sərhədyanı əməkdaşlıq və sair məsələləri də müzakirə edəcəklər. İclasda iştirak edən hökumət başçılarını Türkmənistanın prezidenti Qurbanqulu Berdımühəmmədov qəbul edəcək. Azərbaycanı toplantıda baş naziri Artur Rəsizadə təmsil edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR