Bank Of Baku

Vasif Talıbov Quzey Kıbrıs Türk Cümhuriyyətində səfərdə olub

Vasif Talıbov Quzey Kıbrıs Türk Cümhuriyyətində səfərdə olub
# 20 noyabr 2007 10:03 (UTC +04:00)
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Quzey Kıbrıs Türk Cümhuriyyətində (QKTC) səfərdə olub. Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən APA-nın naxçıvan bürosuna verilən xəbərə görə, V. Talıbov bu respublikasının yaranmasının 24-cü ildönümü münasibətilə keçirilən tədbirlərə qatılıb, QKTC prezidenti Mehmet Əli Tələtlə görüşüb. Görüş zamanı M.Ə.Tələt Azərbaycanı, o cümlədən Naxçıvanı Kipr türklərinin dostu adlandırıb, blokada vəziyyətində olan Naxçıvanın problemləri ilə yaxından tanış olduğunu diqqətə çatdırıb. O, çıxışında bu problemlərin aradan qaldırılmasında yardım etməyə hazır olduqlarını bildirib: “Azərbaycan və Naxçıvan bizim qardaşımızdır, onların problemləri bizim problemlərimiz deməkdir. Bu problemləri həll etmək üçün əlimizdən gələn yardımı etməyə hazırıq”. Öz növbəsində V. Talıbov bayram tədbirlərinə dəvət olunduğuna görə təşəkkürünü bildirib, Naxçıvan haqqında ensiklopedik nəşri Mehmet Əli Tələtə hədiyyə edərək, onu MR-ə səfərə dəvət edib. Səfər çərçivəsində V. Talıbov QKTC parlamentinin sədri Fatma Ekenoğlu ilə də görüşüb. Görüşdə gələcək əlaqələrin inkişafı məsələlərindən danışılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR