Bank Of Baku

Sergey Kuznetsov: “Azərbaycan tərəfi Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər layihəsini hələ Venesiya Komissiyasına təqdim etməyib”

Sergey Kuznetsov: “Azərbaycan tərəfi Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər layihəsini hələ Venesiya Komissiyasına təqdim etməyib”
# 20 noyabr 2007 10:44 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında VK-nın seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov məlumat verib. O bildirib ki, noyabrın 7-9-da Bakıda keçirilmiş görüşlər zamanı layihənin yaxın günlərdə VK-ya təqdim olunması barədə razılığa gəlinib. Azərbaycan hakimiyyəti ilə yeni görüşün nə vaxt keçiriləcəyinə dair sualı cavablandıran ekspert bildirib ki, əvvəlcə təkliflər layihəsi təqdim edilməli, VK-nın ekspertləri həmin təkliflərlə tanış olmalıdırlar. Yalnız bundan sonra növbəti görüşün vaxtının təyin olunmasından söhbət gedə bilər. Dekabrın 14-15-də qurumun Venesiyada keçiriləcək 73-cü plenar sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələnin salınıb-salınmamasına dair sualı cavablandıran S. Kuznetsovun sözlərinə görə, sessiyanın gündəliyi hələ hazırlıq mərhələsindədir: “Azərbaycanla bağlı məsələnin də gündəliyə salınacağı istisna olunmur”.
Qeyd edək ki, layihə yenidən baxılmaq üçün Azərbaycan tərəfinə bu il may ayının sonunda Strasburqda keçirilmiş növbəti danışıqlarda təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR