Bank Of Baku

Sabiq spiker Azərbaycan parlamentinin hazırkı fəaliyyətini müsbət qiymətləndirir

Sabiq spiker Azərbaycan parlamentinin hazırkı fəaliyyətini müsbət qiymətləndirir
# 20 noyabr 2007 10:47 (UTC +04:00)
“Bu gün Yeni Azərbaycan Partiyası ölkənin ən nüfuzlu siyasi qurumudur. Biz bu partiyanı daim yaşadacağıq”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin sabiq spikeri, millət vəkili Murtuz Ələsgərov deyib. Sabiq parlament sədri Yeni Azərbaycan Partiyasının (YAP) həyata keçirdiyi siyasətin Azərbaycanın maraqlarına cavab verdiyini deyib: “Mən bu partiya ilə fəxr edirəm”. YAP-ı ölkənin digər siyasi partiyaları ilə müqayisə edən sabiq spiker hakim partiyanı bu gün ətrafında çoxlu sayda insan toplayan ən nüfuzlu siyasi qurum adlandırıb. M. Ələsgərov Milli Məclisin hazırkı fəaliyyətinə də münasibət bildirib. O, parlamentin hazırkı fəaliyyətini müsbət qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR