Bank Of Baku

Türkiyə Ali Məhkəməsinin sədri Osman Arslan: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”

Türkiyə Ali Məhkəməsinin sədri Osman Arslan: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
# 20 noyabr 2007 10:55 (UTC +04:00)
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Türkiyə və Azərbaycan tarixi-mədəni köklərlə bir-birinə bağlıdır. Azərbaycana səfərimiz çərçivəsində keçirəcəyimiz görüşlər iki qardaş ölkənin dostluğuna xidmət edəcəksə, bu yöndə rolu olacaqsa, özümüzü xoşbəxt sayacağıq”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin (Yarğıtay) sədri Osman Arslan deyib. O bildirib beynəlxalq hüquq qaydalarının dünyada daha yaxşı həyata keçirilməsi üçün hüquqşünaslar arasında qarşılıqlı ziyarətlərin olması təbiidir: “Bu kimi ziyarətlər həm də hüquq sistemlərimizi daha yaxından tanımağımıza imkan yaradacaq. Bu səfərlər nəticəsində iki ölkə arasındakı ticarət əlaqələri daha da inkişaf edəcək. Bunun hüquqi zəminini hazırlamaq bizim üzərimizə düşür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR