Bank Of Baku

Əli Həsənov: “Yaxın zamanlarda dövlət rəmzlərinin, ayrı-ayrı simvolların asılması ilə bağlı nizam-intizam yaradılacaq”

Əli Həsənov: “Yaxın zamanlarda dövlət rəmzlərinin, ayrı-ayrı simvolların asılması ilə bağlı nizam-intizam yaradılacaq”
# 20 noyabr 2007 11:43 (UTC +04:00)
“Dövlət bayrağının ölçüləri, rəngləri, tədbirlərin dövlət rəmzləri ilə təmin olunması, idarə, müəssisələrin binalarının üzərində, küçələrdə asılan dövlət rəmzlərinin əksi məsələsinə dövlət səviyyəsində ciddi diqqət yetiririlir”.
APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Qeyd olunan məsələ ilə bağlı hərtərəfli iş başlandığını deyən Ə. Həsənovun sözlərinə görə, yaxın zamanlarda dövlət rəmzlərinin, ayrı-ayrı simvolların asılması, vurulması ilə bağlı nizam-intizam yaradılacaq: “Bu, mütləq olmalıdır. Dünyanın əksər ölkələrində bu məsələ müəyyən qanunlarla tənzimlənir. Azərbaycanda bu qanun qəbul edilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR