Bank Of Baku

Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri diqqətsizlikdən şikayətlənir

Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri diqqətsizlikdən şikayətlənir
# 20 noyabr 2007 11:47 (UTC +04:00)
“Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılara son zamanlar laqeyd münasibət bəslənilir. Əvvəl belə deyildi, nəticələr diqqətlə izlənirdi, işimizlə maraqlanırdılar, indi ekspedisiyanın fəaliyyətinə soyuq yanaşılır. Bu gün yağış yağır, sabah qar yağacaq, amma bizimlə heç maraqlanan yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O bildirib ki, 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi soyqırımın qurbanlarının basdırıldığı kütləvi məzarlıqda bu günədək 157 insan kəlləsi və skeleti aşkarlanıb. İlkin aşkar olunan və insan sümükləri ilə dolu olan iki quyu isə hələlik açılmayıb. Hazırda tədqiqat sahəsinin yağış və qardan, gözlənilən sel sularından mühafizəsi istiqamətində müxtəlif qoruyucu işlərin görüldüyünü söyləyən Q. Ağayev ekspedisiyanın fəaliyyətini davam etdirdiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR