Bank Of Baku

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində ən güclü partiyadır”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində ən güclü partiyadır”
# 20 noyabr 2007 12:49 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixində ən güclü partiya olduğunu ciddi əsaslara söykənərək demək mümkündür. Bu gün partiyanın 430 mindən çox üzvü var. Azərbaycan tarixində heç bir partiya öz sıralarında bu qədər insanı birləşdirməyib və yəqin yaxın gələcəkdə YAP-ın naliyyətlərini təkrarlaya biəcək partiyalar olmayacaq”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov söyləyib. Onun sözlərinə görə, partiyanın bugünkü durumu prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə insanların inamından, qiymətindən qaynaqlanır. “Buna görə də prezidentin insanlar tərəfindən dəstəklənməsi onun rəhbərlik etdiyi partiyanın da nüfuzunu müəyyənləşdirən ciddi faktordur. Lazım gələndə partiyanın strukturunda yeniləşmə və dəyişiklik edilir. YAP kifayət qədər oturuşmuş, daxili sabitliyə malik olan partiyadır. Azərbaycanda YAP qədər daxili sabitliyə, monolitliyə, birliyə malik olan ikinci bir partiya yoxdur. Bu da YAP-ın gücünün, möhtəşəmliyinin bir ifadəsidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR