Bank Of Baku

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyası təxirə salınıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyası təxirə salınıb
# 20 noyabr 2007 12:54 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının noyabrın 19-21-də Gürcüstanda keçirilməsi planlaşdırılmış 30-cu plenar sessiyası təxirə salınıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, ölkədaxili vəziyyətlə əlaqədar toplantının dekabrın 10-12-də keçirilməsi qərara alınıb. Dekabrın 10-da assambleyanın Bürosunun, Daimi Komitəsinin, Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin yığıncaqları keçiriləcək. Dekabrın 11-də isə plenar sessiyanın açılışı olacaq. QDİƏT Parlament Assambleyasının indiki prezidenti Nino Burcanadze və qurumun fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Arseni Yasenyuk açılış mərasimində çıxış edəcəklər. Sessiya zamanı təşkilatda sədrlik Gürcüstandan Yunanıstana keçəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR