Bank Of Baku

YAP-ın növbəti qurultayı prezident seçkiləri ərəfəsində keçiriləcək

YAP-ın növbəti qurultayı prezident seçkiləri ərəfəsində keçiriləcək
# 20 noyabr 2007 13:12 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı 2008-ci ildə, prezident seçkiləri ərəfəsində keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə partiya sədrinin müavini, icra katibi Əli Əhmədov məlumat verib. O bildirib ki, qurultay partiyanın prezident seçkiləri ilə əlaqədar strategiyasının, konkret proqramının müəyyənləşməsi baxımından əhəmiyyətli olacaq. Ə. Əhmədov YAP-ın prezident seçkilərində əsas şüarını müəyyənləşdirmək barədə düşündüklərini də söyləyərək indidən bu barədə danışmağı tez sayıb. Partiyanın namizədinə gəldikdə isə Ə. Əhmədov bunun hər kəsə bəlli olduğunu vurğulayıb: “Nəinki YAP, Azərbaycanda seçicilərin mütləq əksəriyyəti üçün namizəd müəyyənləşib. Əksəriyyətin namizədi İlham Əliyevdir. O, dörd il ərzində Azərbaycanda böyük inkişafa nail olub, ölkəmiz dinamik inkişaf edən dövlət imici qazanıb və insanlar arzu edirlər ki, bu dinamika davam etsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR