Bank Of Baku

BAXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib

BAXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib
# 20 noyabr 2007 13:36 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) növbəti Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda BAXCP QHTK-nın sədri, katibi və sədr müavini seçilib. Qurultaya hazırlıqla bağlı bölgələr üzrə qurum üzvlərindən ibarət işçi qrupları yaradılıb. İşçi qruplarının tərkibi təsdiqləndikdən sonra onların qarşısına konkret vəzifələr qoyulub. Qərara alınıb ki, Təşkilat Komitəsinin növbəti toplantısında ayrı-ayrı bölgələr üzrə keçiriləcək zona müşavirələrinin vaxtı dəqiqləşdirilsin və rayon (şəhər) təşkilatlarının konfranslarına hazırlıq üzrə təşkilat komitələri yaradılsın. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR