Bank Of Baku

Əli Əhmədov: “İqtidarın prezident partiyasından başqa hansısa digər partiyaya ehtiyacı yoxdur”

Əli Əhmədov: “İqtidarın prezident partiyasından başqa hansısa digər partiyaya ehtiyacı yoxdur”
# 20 noyabr 2007 14:08 (UTC +04:00)
“Prezident seçkiləri yaxınlaşdıqca müxtəlif qruplar, ambisiya sahibləri, təşkilatlanmış və ya təşkilatlanmamış müxtəlif güclər baş qaldırmağa cəhd göstərirlər. Yeni iqtidar partiyasının yaranması ilə bağlı mətbuatda gedən məlumatlar da bu qəbildəndir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. O bildirib ki, bütün seçkilər ərəfəsində bu cür hallar müşahidə olunur və bəzi qüvvələr baş qaldırır: “Amma seçkilərdən sonra bu kimi qabarmalar çəkilmə ilə əvəzlənir. Yeni iqtidar partiyası ilə bağlı yayılan məlumatlar da cəmiyyətin seçkiqabağı qabarmasının simptomudur. Azərbaycanda iqtidar komandası alternativi olmayan siyasi bir gücdür, prezident partiyasıdır. İqtidarın prezident partiyasından başqa hansısa digər partiyaya ehtiyacı yoxdur”. Ə. Əhmədov onu da qeyd edib ki, YAP möhkəm dayaqları olan partiyadır, müxalifət isə çox yerə parçalanmış, daxili sabitliyi olmayan partiyalardan ibarətdir: “Tərəfdarı az olan rəqiblərimiz parçalanmış durumdadır. Amma buna baxmayaraq, biz arxayınçılıq hissinə qapılmırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR