Bank Of Baku

Sabah Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin birgə görüşü keçiriləcək

Sabah Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin birgə görüşü keçiriləcək
# 20 noyabr 2007 14:09 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, Abdullah Gülü səfərdə dövlət naziri Gürşad Tüzmən, nəqliyyat naziri Binəli Yıldırım və 60 iş adamı müşayiət edəcək. Səfər çərçivəsində Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili ilə ikitərəfli görüşlər keçirəcək. Daha sonra dövlət başçılarının iştirakı ilə üçtərəfli formatda görüş keçirilməsi nəzərdə tutulur. Görüşlərdə üç ölkəni maraqlandıran regional və beynəlxalq proseslər müzakirə olunacaq, bununla bağlı fikir mübadiləsi aparılacaq, iqtisadi, enerji və nəqliyyat sahəsində üç ölkənin əməkdaşlığının genişləndirilməsi imkanları dəyərləndiriləcək. Abdullah Gülün Gürcüstana səfəri çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə Türkiyə-Gürcüstan biznes-forumu keçiriləcək. Mərasimdə Türkiyə və Gürcüstan prezidentlərinin çıxışından sonra iki ölkə arasında azad ticarət və ikiqat vergiqoymanın aradan qaldırılmasına dair dövlətlərarası sazişlərin imzalanması gözlənilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan prezidenti Fransaya səfərini başa vuraraq bu gecə Tiflisə gələcək. Dövlət başçısının Bakı-Tiflis-Qars dəmiryolu xəttinin təməlqoyma mərasimində və ARDNŞ-ə məxsus Kulevi neft terminalının açılış mərasimində iştirakı nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR