Bank Of Baku

Seçki Məcəlləsi ilə bağlı müzakirələr başa çatdıqdan sonda ADP öz namizədini elan edəcək

Seçki Məcəlləsi ilə bağlı müzakirələr başa çatdıqdan sonda ADP öz namizədini elan edəcək
# 20 noyabr 2007 14:15 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) prezident seçkilərində iştirakla bağlı qərar və namizədini müəyyənləşdirmək üçün Seçki Məcəlləsi ilə bağlı aparılan müzakirələrin başa çatmasını gözləyir. Partiyanın sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, əslində seçkilərdə irəli sürüləcək namizəd və həmçinin iştirak proseduru partiya üçün məlumdur. O, məcəllə ilə bağlı müzakirələr başa çatmasından sonra bu məsələnin Ali Məclisin iclasında rəsmiləşdiriləcəyini və elan olunacağını bildirib: “Biz həm də seçkiqabağı şəraitin aydınlaşmasını, müxalifətin seçkilərə hansı formada qatılacağının müəyyənləşməsini gözləyirik. Bizim qəti fikrimiz var ki, seçkidə iştirak edək və partiya üzvlərinin 90 faizi öz namizədimizlə iştirak etməyin tərəfdarıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR