Bank Of Baku

Nizami Cəfərov: “Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı ilk addımlar Bakıda atılmalıdır”

Nizami Cəfərov: “Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı ilk addımlar Bakıda atılmalıdır”
# 20 noyabr 2007 15:01 (UTC +04:00)
“Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması ideyası çoxdan səslənib. Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının yekun hesabatında bu məsələ bir daha qeyd olundu. Hesab edirəm ki, bu istiqamətdə ilk addımlar Bakıda atılmalıdır”. Bu sözləri APA-ya açıqlamasında AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov deyib. O, hazırda türk dövlətlərinin parlamentlərində digər türk dövlətlərinin parlamentləri ilə dostluq qruplarının olduğunu xatırladıb: “Yaxşı olar ki, 2008-ci ilin əvvəllərində türk dövlətlərinin parlamentlərindəki həmin qrupların başçılarının iştirakı ilə Bakıda müşavirə keçirək və bu müşavirədə yaradılacaq assambleyanın təşkilati və struktur məsələlərini konkret müzakirə edək”. Parlament Assambleyasının yaradılması ideyasına heç kimin etiraz etmədiyini söyləyən millət vəkili ideyanın gerçəkləşməsi üçün ciddi müzakirələrin aparılacağını vurğulayıb: “Bu təşkilatın quruluşu necə olmalıdır, proses necə başlamalıdır bunlarla bağlı hələ heç bir iş görülməyib. Bakıda keçirilməsi gözlənilən müşavirədə bu kimi sualların cavabları aydınlaşacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR