Bank Of Baku

“Azadlıq” bloku mətbuatın müdafiəsi ilə bağlı keçiriləcək mitinqdə iştirak edəcək

“Azadlıq” bloku mətbuatın müdafiəsi ilə bağlı keçiriləcək mitinqdə iştirak edəcək
# 20 noyabr 2007 15:37 (UTC +04:00)
“Azadlıq” blou jurnalistlərin azadlığı tələbi ilə dekabrın 10-da keçiriləcək kütləvi aksiyada iştirak etmək barədə qərar qəbul edib. Bu barədə APA-ya blokun üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, blokun Sədrlər Şurasının bu gün keçirilən iclasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi ilə bağlı müzakirələr aparılıb və onun hüquqlarını müdafiəsi ilə bağlı keçiriləcək bütün aksiyalarda, kampaniyalarda yaxından iştirak etmək zəruri sayılıb: “Baxmayaraq ki, aksiyanın keçirilməsi nəzərdə tutulan meydan bizim kütloəvi tədbirlərlə bağlı prinsiplərimizə uyğun olmasa da, mətbuatın müdafiəsi məsələsi daha prioritet olduğundan bu aksiyaya kifayət qədər geniş dəstək vermək fikrindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR