Bank Of Baku

Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi vəzifəsinə namizədlərin adları məlum olub

Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi vəzifəsinə namizədlərin adları məlum olub
# 20 noyabr 2007 16:05 (UTC +04:00)
APA-ya mötəbər mənbədən daxil olan məlumata görə, bunlar hazırda Avropa Məhkəməsində Azərbaycanı təmsil edən hakim Xanlar Hacıyev, Əzizbəyov rayon məhkəməsinin hakimi Rəşad Həsənov, və Nəsimi rayon məhkəməsinin hakimi Aygün Abdullayevadır. Hər üç hakimin göstəriciləri Avropa Məhkəməsinin standartlarına uyğun gəlir. Qeyd edək ki, namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən bir neçə gün əvvəl hakimiyyətə təqdim olunub. MHŞ tərəfindən seçilən üç namizədlə bağlı hakimiyyət dairələrində aparılacaq müzakirələrdən sonra hakimliyə namizədlərin adları AŞ-a təqdim olunacaq. Siyahının AŞ-a noyabrın sonuna kimi göndəriləcəyi bildirilir. Qeyd edək ki, bir qədər əvvəl AŞ PA Bürosunun qurumun Hakimlərin Seçilməsi üzrə Alt Komitəsinin təkliflərini nəzərə alaraq, Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsi hakimliyinə təqdim edilmiş namizədlər siyahısının geri qaytarılması barədə qərar qəbul olunub. Həmin qərarda Azərbaycanda namizədlərin bərabər imkanları prinsipinin pozulduğu qeyd olunub. Xatırladaq ki, rəsmi Bakı Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hakim seçilmək üçün hazırda bu qurumda ölkəmizi təmsil edən Xanlar Hacıyevin, Ali Məhkəmənin hakimi Zakir Quliyevin və Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müşaviri Sədaqət Novruzovanın namizədliyini irəli sürmüşdü. MHŞ-nin bu il 26 oktyabr tarixli qərarı ilə Avropa Məhkəməsinin hakimi vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı verilən elana uyğun olaraq irəli sürülən 17 namizəddən üçü AŞ-a təqdim olunmaq üçün şura tərəfindən seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR