Bank Of Baku

Eduard Lintner: “”Dondurulmuş münaqişələr” Avropa regionu üçün də böyük təhlükə törədir”

Eduard Lintner: “”Dondurulmuş münaqişələr” Avropa regionu üçün də böyük təhlükə törədir”
# 20 noyabr 2007 16:10 (UTC +04:00)
Noyabrın 5-6-da Berlində “dondurulmuş münaqişələr” mövzusunda keçirilmiş dinləmələrin nəticələrini şərh edən E. Lintner bu toplantını təşkil etməklə istədiklərinə nail olduqlarını bildirib: “Monitorinq Komitəsi “dondurulmuş münaqişələr”i həll etmək iqtidarında deyil. Bizim məqsədimiz ondan ibarət idi ki, Avropa Şurasının, xüsusilə Monitorinq Komitəsinin üzvlərini “dondurulmuş münaqişələr” barədə məlumatlandıraq. Qeyd etmək istəyirdik ki, bu problemlər yalnız münaqişə tərəfləri üçün yox, onların yerləşdiyi Avropa regionu üçün də böyük təhlükə törədir. Hesab edirəm ki, biz bu məqsədimizə nail olduq”. E. Lintner bir çox beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın “dondurulmuş münaqişələr”lə bağlı qətnamə və tövsiyələri olduğunu da xatırladıb: “Yenə də məqsəd ondan ibarət idi ki, Avropa Şurasına üzv ölkələr həmin qətnamələr və tövsiyələrlə tanış olsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR