Bank Of Baku

BMT-nin İnkişaf Proqramı: “Ermənilərin təşkil etdiyi telemarafon layihəsinə maliyyə vəsaiti ayırmağımız barədə iddialar əsassızdır”

BMT-nin İnkişaf Proqramı: “Ermənilərin təşkil etdiyi telemarafon layihəsinə maliyyə vəsaiti ayırmağımız barədə iddialar əsassızdır”
# 21 noyabr 2007 07:37 (UTC +04:00)
Xatırladaq ki, ABŞ-da Şükranlıq Günü (Thanksgiving Day) ilə eyni vaxtda keçiriləcək telekörpünün təşkilatçıları olan erməni dairələri bu layihə çərçivəsində toplanacaq vəsaitin Ermənistanın Tauş rayonu və “Dağlıq Qarabağ Respublikasının” Xocavənd rayonunda bəzi obyektlərinin bərpasına xərclənəcəyini bildiriblər. Ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nda xərclənəcək bu vəsaitin BMT-nin İnkişaf Proqramı (UNDP), ABŞ Hökumətinin Millenium Challenge Corp. Proqramı və Dünya Bankı ilə birgə həyata keçirildiyini bildirmişdirlər. Daimi nümayəndəliyin mətbuat xidmətindən APA-nın ABŞ bürosuna verilən məlumata görə, aparılan araşdırma ermənilərin bu məlumatının yalan olduğunu sübut edib: “Müvafiq kompaniya heç bir dərəcədə reallığa uyğun deyil, yəni BMT İnkişaf Proqramı bu layihəyə heç bir vəsait ayırmayıb, eləcə də qeyd olunan beynəlxalq təşkilatın qətnamə və qərarlarına zidd olan bu qəbildən olan aksiyaları dəstəkləmədiyi aşkara çıxarılıb”. Xatırladaq ki, bundan əvvəl həm Dünya Bankı, həmdə Millenium Challenge Corp. proqramı ermənilərin reallaşdırdığı “Teleton” layihəsi ilə heç bir əlaqəsi olmadıqlarını bəyan etmişdilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR