Bank Of Baku

“Yeni Azərbaycan” qəzetinin sorğusunda Rauf Arifoğlu müxalifətin liderləri arasında ən yüksək səs toplayıb

“Yeni Azərbaycan” qəzetinin sorğusunda Rauf Arifoğlu müxalifətin liderləri arasında ən yüksək səs toplayıb
# 21 noyabr 2007 11:14 (UTC +04:00)
Qəzetdən APA-ya göndərilən sorğunun nəticələrinə görə, müxalifət liderləri arasından Rəsul Quliyev, İsa Qəmbər, Etibar Məmmədov, Rauf Arifoğlu, Əli Kərimli, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fazil Qəzənfəroğlu, İlyas İsmayılov, Lalə-Şövkət Hacıyeva, Əli Əliyevin adları sorğuya daxil edilib. 2500-dən artıq respondentin iştirak etdiyi sorğuda müxalifət liderləri içərisində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu 48 faiz səslə (1200 nəfər) ilk yeri tutub. Digər müxalifət liderlərinin reytinq göstəriciləri isə aşağıdakı kimidir:

İsa Qəmbər - 17 %
Etibar Məmmədov- 7 %
Rəsul Quliyev- 6 %
Əli Kərimli- 3,4 %
Qüdrət Həsənquliyev 2,2 %
Asim Mollazadə 1,5 %
İlyas İsmayılov 1,9 %
Fazil Qəzənfəroğlu 1,4 %
Lalə-Şövkət Hacıyeva 0,9 %
Əli Əliyev 0,7 %


Sorğuda iştirak edənlərin 10 faizi isə yuxarıda göstərilən şəxslərə səs vermədiklərini və öz namizədləri olduqlarını bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR