Bank Of Baku

MDB Hökumət Başçıları Şurasının iclasında kadr məsələləri müzakirə olunacaq

MDB Hökumət Başçıları Şurasının iclasında kadr məsələləri müzakirə olunacaq
# 21 noyabr 2007 12:23 (UTC +04:00)
Sabah Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin hökumət başçıları Şurasının iclasında kadr məsələlərinə də baxılacaq. APA-nın məlumatına görə, hökumət başçıları MDB icra katibinin müavini və qurumun antiterror mərkəzinin rəhbərinin müavini postlarına təyinatları müzakirə edəcəklər. Qazaxıstan icra katibinin müavini vəzifəsinə Aydarov Naurız Qubaydullayeviçi, MDB Sərhəd Qoşunları Komandanları Şurası isə antiterror mərkəzinin rəhbərinin müavini vəzifəsinə Qırğızıstan nümayəndəsi İmankulov Marat Mukanoviçin namizədliyini təqdim ediblər. MDB Sərhəd Qoşunları Komandanları Şurası bu vəzifəni əvvəllər tutmuş Verçaqin Valeri İvanoviçi vəzifə müddəti bitdiyinə görə bu postdan azad edib. Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının iclasında 29 məsələ müzakirə olunacaq. Azərbaycanı bu toplantıda baş nazir Artur Rəsizadənin təmsil edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR