Bank Of Baku

ŞKTC prezidenti Mehmet Əli Tələt: “Azərbaycandan haqlarımızın bərpasında dəstək istəyirik” - EKSKLÜZİV

ŞKTC prezidenti Mehmet Əli Tələt: “Azərbaycandan haqlarımızın bərpasında dəstək istəyirik” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 21 noyabr 2007 14:05 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt verib. O, Annan planı ilə bağlı keçirilən referendumdan sonra adanın yunanlar yaşayan hissəsinin Avropa Birliyinə qəbul edildiyini xatırladıb: “Bir gerçəyi bilmək lazımdır ki, Cənubi Kiprin Avropa Birliyinə üzvlük razılaşması 16 aprel 2003-cü ildə olub. Avropa Birliyi istəsə bu məsələyə çarə tara bilərdi. Çünki Avropa Birliyi bu planı çox dəstəkləyirdi. Məncə, problemin həlli siyasi bərabərliyin təmin olunduğu ortaqlıq qurulmasındadır”. ŞKTC prezidenti Yunan Kiprinin bu həll variantına davamlı maneçilik törətməsinin və situasiyanı gərginləşdirməsinin Şimali Kipr Türk Cümhuriyyətində narazılıqla qarşılandığını bildirib: “Əlbəttə ki, yalan söyləyən bir dövlətin “yeni hüquq” yaratmağı təbiidir. Bizim hazırkı siyasət hər iki tərəfin siyasi bərabərliyini təmin etməkdir. Kipr tərəfi bu işə mane olacağı halda, digər variantlardan istifadə edəcəyik. Adada iki demokratik dövlət var. Əsas problem Şimali Kiprin tanınması və dövlətlər qrupuna daxil olmasıdır. Ancaq bizi beynəlxalq aləmdə tanımırlar. Azərbaycanda olduğu kimi, digər ölkələrdə də Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndəliyinin olmasını istəyirik. Biz Azərbaycan və digər türk dövlətlərindən dəstək istəyirik. Biz haqqımız olmayan heç bir şeyi istəmirik. Bu dəstəyi həm də bütün dünyadan istəyirik, bu, bizim hüququmuzdur”. Mehmet Əli Tələt adada iki dövlətin, iki fərqli demokratiyanın olduğunu bildirib: “Bu dövlətlər arasında əlaqə mövcuddur, iki dövlətin ayrı bayrağı, polisi, əsgəri, nazirlikləri, parlamenti, prezidenti, bir sözlə hər şeyi var. Buradakı problem adanın bir yarısının tanınması, beynəlxalq səviyyədə qəbul olunması və beynəlxalq qurumlara qatılmasıdır. Problemin həlli üçün Kipr probleminin çözülməsi və birləşmək lazımdır. Biz demirik ki, bu birləşmə yunanların istədiyi kimi olsun. Yəni Kiprdə bərabər haqlarımız olacaq, Kipri dünyada bərabər şəkildə təmsil edəcəyik. Məsələn, Azərbaycanda Kiprin səfirliyi olacaqsa, Qırğızıstanda bir Kipr qurumu ola bilər. “Annan planı” belə idi - dünyanın 5 böyük şəhərində bir türk, bir yunan olacaqdı. 6 böyük təmsilçilik yarı-yarı bölüşdürüləcəkdi. Birləşdiyimizə onsuz da yunanlar kömək etməyəcəklər, biz öz iqtisadiyyatımızı gücləndirəcəyik”. Mehmet Əli Tələt bütün dünyadan, o cümlədən Azərbaycan və digər türk dövlətlərindən dəstək istədiklərini deyib: “Biz haqqımız olmayan şeyi istəmirik. Biz ümumi şəkildə BMT-nin baş katibinin bizim üçün təklif etdiklərini, söylədiklərini, tələb etdiklərini istəyirik. Məhdudiyyətlərin qaldırılmasını istəyirik. O üzdən dəstəyi ancaq türk dövlət və toplumlarından deyil, bütün dünyadan istəyirik. Bu, bizim haqqımızdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR