Bank Of Baku

Həsən Kərimov: “Münasib ofislərin icarə haqqı baha olduğuna görə qərarhag problemini həll edə bilməmişik”

Həsən Kərimov: “Münasib ofislərin icarə haqqı baha olduğuna görə qərarhag problemini həll edə bilməmişik”
# 21 noyabr 2007 15:01 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) icarə qiyməti aşağı olan ofis tapa bilmədiyi üçün qərargahsız fəaliyyət göstərir. Partiya sədrinin müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, bir ilə yaxındır münasib ofislərin sahibləri ilə danışıq aparıblar. Amma həmin ofislərin icarə haqqı baha olduğundan yeri icarə götürə bilməyiblər. H. Kərimov hazırda axtarışların davam etdiyini və müvafiq ofis tapılacağı halda həmin yeri götürəcəklərini bildirib. Sədr müavini bu müddətdə AXCP-nin müxtəlif strukturlarının iclaslarının ayrı-ayrı cəbhəçilərin evlərində keçirildiyini bildirib. Həmçinin, partiyanın Bakı şəhərində olan rayon təşkilatlarının yalnız ikisinin qərargahının olduğunu deyən H. Kərimov həmin qərargahlardan da istifadə etdiklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR