Bank Of Baku

Oqtay Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri Osman Arslanı qəbul edib

Oqtay Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri Osman Arslanı qəbul edib
# 21 noyabr 2007 15:24 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Ali Məhkəməsinin sədri Osman Arslanı qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Azərbaycanın Türkiyə ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib. Spiker parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərdə rolunu və deputatların müxtəlif beynəlxalq qurumlarda birgə fəaliyyətini yüksək dəyərləndirib. O. Arslan Azərbaycanda keçirdiyi görüşlərdən və ölkəni inkişafından məmnun qaldığını bildirib. O, eyni milli, dini və tarixi köklərə malik Türkiyə-Azərbaycan münasibətlərinin əbədi olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR