Bank Of Baku

Beş müxalifət təşkilatı yenidən bir araya gələcək

Beş müxalifət təşkilatı yenidən bir araya gələcək
# 05 dekabr 2007 15:08 (UTC +04:00)
Beş müxalifət təşkilatının təmsil olunduğu məşvərət şurası yaxın günlərdə növbəti dəfə toplaşacaq. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, ADP qərargahında keçiriləcək toplantıda prezident seçkiləri ərəfəsində ölkədə normal şəraitin yaradılması üçün atılacaq addımlar müzakirə ediləcək. Bu formatda aparılan müzakirələrin və qəbul olunan qərarların nəticəsinin olmaması ilə bağlı fikirlərə münasibət bildirən partiya funksioneri bildirib ki, əslində onlar hər hansı nəticə əldə etmək üçün bu formatı yaratmayıblar: “Bu toplantılar yalnız müxalifət partiyaları arasında olan qarşıdurmaların aradan qaldırılması və qarşılıqlı səmimiyyətin yaradılması üçündür. Yalnız belə toplantılarla problemləri həll etmək olar. Beş partiyanın bir araya gəlməsinin özünü belə nəticə sayırıq”. Ə. Orucov bildirib ki, bu formatda fəaliyyət davam etdiriləcək. Qeyd edək ki, sözügedən formatda AMİP, Müsavat, ADP, Tərəqqi Partiyası və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR