Bank Of Baku

Demokratiya Uğrunda İttifaq Müsavat, AXCP, ADP və ALP-ni saxta müxalifətçilikdə ittiham edib

Demokratiya Uğrunda İttifaq Müsavat, AXCP, ADP və ALP-ni saxta müxalifətçilikdə ittiham edib
# 05 dekabr 2007 15:37 (UTC +04:00)
“Azərbaycanda onlardan başqa real müxalifət qüvvəsi olmadığı haqda bəyanatlar verən Müsavat, AXCP, ADP və ALP-nin bu mövqeyi demokratik qüvvələri parçalamağa, seçki öncəsi cəmiyyətin ümidsizləşdirilməsinə hesablanıb. Adıçəkilən partiyaların hakimiyyətlə işbirliyində olması hamıya bəllidir”. Bu fikirlər Demokratiya Uğrunda İttifaqın (DUİ) bu gün yaydığı bəyanatdandır. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda sözügedən partiyaların liderlərinə heç bir inamın qalmadığı bildirilir. Bəyanatda DUİ-nin demokratik qüvvələrin bir araya gəlməsi, həqiqi demokratik seçkilərin keçirilməsi üçün cəmiyyətin aktivləşməsi istiqamətində addımlar atdığı bildirilir və bundan uzun müddət saxta müxalifətçilik etmiş partiyaların ciddi narahat olduğu vurğulanır: “Adıçəkilən partiyalar uzun illər ərzində, xüsusilə son seçkilərdə hakimiyyətin, eləcə də indiki hakimiyyətin qalmasında maraqlı olan beynəlxalq güclərin ayırdığı maliyyə əsasında saxta müxalifətçiliklə məşğul olublar. Bir-birinə qarşı ən ağır ifadələr söyləmiş bu şəxslərin yenidən heç nə olmamış kimi bir yerə toplanması onların hansı dəyərlərin daşıyıcısı olduğunu göstərir”. DUİ bu kimi mövqeni milli maraqları zidd olduğunu, cəmiyyətin əxlaqına mənfi təsir göstərdiyini, bütün demokratik qüvvələri gözdən salmağa yönəldiyini bildirib və həmin partiyaların liderlərini bu kimi vərdişlərdən çəkinməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR