Bank Of Baku

Arnold Şvartsenegger Azərbaycan rəhbərliyinə minnətdarlıq məktubu göndərib

Arnold Şvartsenegger Azərbaycan rəhbərliyinə minnətdarlıq məktubu göndərib
# 06 dekabr 2007 08:02 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, qubernator Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanova göndərdiyi məktubda yanğınlar baş verən ərazidə fədakarlıq nümayiş etdirmiş yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sıravi məmurlar, yanğın fəsadlarının aradan qaldırılmasında iştirak edən xeyriyyə cəmiyyətlərinin üzvləri və yüz minlərlə Kaliforniya vətəndaşı adından Azərbaycan rəhbərliyinə hörmət və ehtiramını bildirib: “Keçən ayın mürəkkəb və sarsıdıcı anları sizin kömək təklifiniz olmadan daha dəhşətli və çətin ola bilərdi. Demək olar ki, hər şeyini itirmiş insanlar üçün dünyada onlar barədə düşünən və dualar edənlərin mövcudluğu bilmək misilsiz dərəcədə əhəmiyyətli idi. Biz Azərbaycan xalqının bu insanlar arasında olmasından fəxr edirik”. Qeyd edək ki, noyabrın sonunda Kaliforniyanın cənub hissəsini bürümüş yanğınlar 1 milyard dollar dəyərində zərərə səbəb olub, 500 min insan həmin ərazidən müvəqqəti evakuasiya edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR