Bank Of Baku

Avropa Şurası seçki ərəfəsində Azərbaycanda bir sıra layihələr həyata keçirəcək

Avropa Şurası seçki ərəfəsində Azərbaycanda bir sıra layihələr həyata keçirəcək
# 06 dekabr 2007 09:16 (UTC +04:00)
Avropa Şurasının Bakı ofisi seçki ərəfəsində bir sıra layihələr həyata keçirməyi planlaşdırır. Bu barədə APA-ya Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia məlumat verib. O bildirib ki, bu məsələ hazırda Azərbaycan hökuməti ilə müzakirə olunur. D. Bribosia layihələrin qanunvericilik, mətbuat, seçki komissiyaları və digər sahələrlə bağlı olacağını deyib. Xüsusi nümayəndə Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin mümkün olduğuna əmindir: “Bununla bağlı iradə varsa, deməli, azad seçkilərin keçirilməsinə imkan da var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR