Bank Of Baku

Dekabrın 30-da Müsavat Məclisinin növbəti iclası keçiriləcək

Dekabrın 30-da Müsavat Məclisinin növbəti iclası keçiriləcək
# 06 dekabr 2007 12:31 (UTC +04:00)
Dekabrın 30-da Müsavat Məclisinin növbəti iclası keçiriləcək. Məclis sədri Sülhəddin Əkbərin APA-ya verdiyi məlumata görə, iclasda prezident seçkiləri ilə bağlı partiyanın qarşısında duran məsələlər müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, 2007-ci ilin mövcud ictimai-siyasi vəziyyəti və partiyanın qarşısında 2008-ci ildə duran vəzifələrlə bağlı partiya başqanı məruzə ilə çıxış edəcək və partiyanın bu istiqamətdə atacağı addımlar müəyyənləşdiriləcək. S. Əkbər hansı qərarların qəbul olunacağı ilə bağlı əvvəlcədən hər hansı məlumat verə bilməyəcəyini qeyd edib. İclasda həmçinin, yeni seçilən rayon və şəhər təşkilatlarının sədrlərinin Məclis üzvü səlahiyyəti təsdiq ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR