Bank Of Baku

Mübariz Qurbanlı: “Seçki Məcəlləsinə əsaslı dəyişiklik etməyə ehtiyac yoxdur”

Mübariz Qurbanlı: “Seçki Məcəlləsinə əsaslı dəyişiklik etməyə ehtiyac yoxdur”
# 06 dekabr 2007 13:39 (UTC +04:00)
“Düşünmürəm ki, hansısa beynəlxalq təşkilat 4 müxalifət partiyasının Seçki Məcəlləsi ilə bağlı irəli sürdüyü təkliflərin reallaşması üçün bu və ya digər partiyaya dəstək vermiş olsun. Beynəlxalq təşkilatlar ölkə ilə işləyir, partiyalarla yox”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Beynəlxalq təşkilatların Azərbaycan hökuməti ilə münasibətlərinin yüksək səviyyədə olduğunu deyən millət vəkili, ümumiyyətlə, Seçki Məcəlləsinə əsaslı dəyişiklik etməyə ehtiyac olmadığını bildirib: “Seçki Məcəlləsinə, sadəcə, müəyyən dəyişikliklər edilə bilər. Amma bu dəyişikliklər qanunun ümumi konstruksiyasına və fundamental prinsiplərinə zidd olmamalıdır. Biz bunun tərəfdarıyıq. Müəyyən partiyaların bununla razılaşmaması isə onların öz işidir. Ölkədə 40-dan çox partiya var. Bütün partiyaların bütün məsələlərdə eyni fikirdə olması mümkün deyil”. Müxalifətin seçki komissiyalarının paritet əsaslarla təşkilində israr etməsinin perspektivinə gəldikdə, M. Qurbanlı hesab edir ki, bu, onların öz işidir: “Perspektiv o olacaq ki, israr edə-edə yoxa çıxacaqlar”. M. Qurbanlı qanuna əlavə və dəyişikliklərlə bağlı layihənin Milli Məclisə daxil olmadığını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR