Bank Of Baku

Xəzər İbrahim: “Danışıqlar hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında aparılıb”

Xəzər İbrahim: “Danışıqlar hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında aparılıb”
# 06 dekabr 2007 13:42 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında aparılıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, Azərbaycanın mövqeyi hər zaman dəyişməz qalıb: münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
Qeyd edək ki, Robert Köçəryan sabiq prezident Levon Ter-Petrosyanın istefasına qədər danışıqların Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində aparıldığını bildirib. R. Köçəryan iddia edir ki, o hakimiyyətə gəldikdən sonra bu prinsip öz müqəddəratını təyinetmə prinsipi ilə əvəzlənib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR