Bank Of Baku

ATƏT-in Bakı ofisinin şöbə müdiri Azərbaycandakı hərbi yönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb

ATƏT-in Bakı ofisinin şöbə müdiri Azərbaycandakı hərbi yönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb
# 06 dekabr 2007 13:56 (UTC +04:00)
Bu gün ATƏT-in Bakı ofisinin hərbi-siyasi şöbəsinin müdiri Con Makqreqori Azərbaycanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib. APA-nın məlumatına görə, görüşdə hərbi yönümlü QHT-lərin qarşılaşdıqları problemlər, həyata keçirilən layihələr barəsində fikir mübadiləsi aparılıb. ATƏT rəsmisi təmsil etdiyi təşkilatın Azərbaycanda hərbi yönümlü QHT-lərin “çətir assosiasiyası”nın yaradılması ideyasını dəstəklədiyini, bu ideyanın reallaşdırılmasına maraq göstərdiyini vurğulayıb. Öz fəaliyyətləri və qarşılaşdıqları problemlərlə bağlı ATƏT rəsmisini məlumatlandıran QHT rəhbərləri digər ölkələrin təcrübəsinin öyrənilməsinin vacibliyinə toxunublar. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə əməkdaşlığın vacibliyi qeyd edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR