Benita Ferrero-Valdner: “Avropa Komissiyası sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağda reabilitasiya işlərini aparmağa hazırdır” - EKSKLÜZİV
- Avropa İttifaqı ilə Azərbaycan arasında ölkədəki islahatların dəstəklənməsi üçün əsas prioritetləri özünə daxil edən, ölkəni Avropa İttifaqına daha çox yaxınlaşdıran 5 illik iş proqramı olan Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı imzalanıb. Fəaliyyət Planının 2005-ci ildən icra edildiyi tərəfdaş ölkələrdə qazandığımız təcrübə onu göstərir ki, real islahatların öz təsirini tam göstərməsi üçün müəyyən zaman tələb olunduğuna baxmayaraq, bu siyasət müəyyən nəticələrə malikdir.
- Avropa Qonşuluq Siyasətinin əhatə dairəsi nə zaman genişlənəcək?
- Hazırda Avropa Qonşuluq Siyasətinin coğrafi miqyasını genişləndirmək üçün heç bir plan yoxdur. Fikrimcə, indi əsas məsələ Avropa Qonşuluq Siyasəti üzrə tərəfdaş ölkələrlə əlaqələri möhkəmləndirmək, müvafiq Fəaliyyət Planlarında müəyyən edilmiş məqsədlərin əldə edilməsi üçün onlarla ciddi əməkdaşlıq etməkdir. Bu o demək deyil ki, Avropa İttifaqı “qonşularının qonşuları” ilə əlaqələrin sıxlaşmasına cəhd göstərmir və ya qeyri-qanuni miqrasiya və ya enerji təhlükəsizliyi kimi Avropa Qonşuluq Siyasətinin coğrafi çərçivəsindən kənarda olan məsələlər məqsədli şəkildə həll edilə bilməz. Bu baxımdan iki mühüm təşəbbüsü qeyd etmək istərdim: Mərkəzi Asiya Strategiyası və Qara Dənizdə Sinerji təklifi hazırlanmışdır. Hər iki sənəd Avropa Qonşuluq Siyasətinin coğrafi ərazisindən tam və ya qismən kənarda qalan regionlarla daha yaxın regional əməkdaşlıq məqsədi güdür.
- Avropa İttifaqının GUAM üzvü olan ölkələrdə icra edilən enerji layihələri ilə hansı əlaqəsi var?
- Regional inteqrasiyanın uğurlu nümunəsi kimi GUAM kimi regional əməkdaşlıq təşəbbüslərinə Avropa İttifaqı daha çox diqqət yetirir və biz onların işini yaxından izləyirik.
- Avropa İttifaqı GUAM-a daxil olan üzv ölkələrin inkişafını maliyyələşdirmək niyyətində idi. Bu proses nə zaman başlayacaq və hər ölkə üçün hansı məbləğdə vəsait ayrılacaq?
- Avropa Komissiyası müstəqillik əldə etdikdən sonra Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı yardım proqramları vasitəsilə dəstəkləməkdədir. Bu ildən isə Birliyin Avropa Qonşuluq Tərəfdaşlıq Aləti, Sabitlik Aləti və bir sıra tematik proqramlar kimi yeni yardım proqramları mövcuddur. Proqramların məqsədi tərəfdaş ölkələrdə gedən islahat prosesinə dəstək verməkdir. 2007-2013-cü illəri əhatə edən müddətdə təkcə Azərbaycan milli yardım proqramları çərçivəsində təqribən 92 milyon avro yardım alacaq.
- Avropa İttifaqı Avropa Qonşuluq Siyasətinə qoşulan ölkələr, o cümlədən Azərbaycanla viza rejimini dəyişməyi nəzərdə tuturmu?
- Bu siyasətin əsas elementi Avropa İttifaqı ilə Avropa Qonşuluq Siyasətinin tərəfdaş ölkələri arasında mobil əməkdaşlıq və mübadilənin artmasıdır. Buna görə də Avropa Komissiyası quruma üzv dövlətlərə qonşu ölkələrdən Avropa İttifaqına və əks istiqamətdə getmək üçün viza proseduralarını yüngülləşdirmək yollarını araşdırmağı təklif edib. Ancaq bu, qeyri-qanuni miqrasiya, sərhəd idarəçiliyi, qeyri-qanuni mühacirlərin təhvil verilməsi sazişləri və başqa sahələrdə əməkdaşlıq daxil olmaqla daha geniş paket kontekstində həll edilə bilər. Avropa İttifaqının viza rejimini dəyişməsi üçün bu quruma üzv dövlətlərinin yekdil qərar verməsi, eləcə də maraqlı ölkənin daha çox texniki mahiyyətli tədbirlər icra etməsini tələb edir. Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planında bu məsələlərə dair Avropa İttifaqı və Azərbaycan arasında dialoqun qurulması nəzərdə tutulur. Ümidvaram ki, azərbaycanlı tərəfdaşlarımızla yaxın gələcəkdə bu müzakirələrə başlayacağıq.
- Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardım etməyə hazır olduğunu bəyan edib. Bu qurum Azərbaycan ərazilərini azad etmək üçün Avropa Qonşuluq Siyasətinin iştirakçı ölkəsi kimi Ermənistana qarşı hər hansı tədbiri görə bilər?
- Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi olduqca aydındır. Biz ATƏT-in Minsk Qrupunun vasitəçilik cəhdlərini tam dəstəkləyirik, bu uzun sürən münaqişənin sülh yolu ilə həlli məqsədilə danışıqlardan tam faydalanmaları üçün Ermənistan və Azərbaycanı təşviq edəcəyik. Avropa Komissiyası etimadın qurulması üçün tədbirləri dəstəkləməyə, sülh sazişi bağlanan kimi Dağlıq Qarabağ regionunda reabilitasiya işlərini aparmağa hazırdır.
- Avropa İttifaqı gələn il Azərbaycan keçiriləcək prezident seçkilərinə texniki yardım edəcəkmi?
- Biz doğrudan da ümid edirik ki, 2008-ci ilin prezident seçkiləri Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun keçiriləcək. Texniki yardıma gəldikdə 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkilərində olduğu kimi biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu vasitəsilə lazımi yardım göstərəcəyik. /APA/
Daxili siyasət
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Xəbər Lenti
ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb
Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Rubio: İran razılaşma istəyir, ancaq bu razılaşmanın qiyməti anlaşma əldə olunana qədər hər gecə artacaq
Sabahın hava proqnozu
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edilib
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib - YENİLƏNİB
DİN skuter və velosiped sürücülərinə müraciət edib
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qaz bahalaşıb
SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurduğunu açıqlayıb
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın baş verib
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq