Bank Of Baku

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbirlər keçirəcək

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbirlər keçirəcək
# 06 dekabr 2007 14:55 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə bağlı bir sıra tədbirlər keçirəcək. Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin APA-ya verdiyi məlumata görə, dekabrın 12-si ərəfəsində rus yazıçı-publisisti Nikolay Zenkoviçin Heydər Əliyevə həsr olunmuş “Tale yolları” kitabının təqdimat mərasimi olacaq. YAP tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş kitab Moskvada nəşr edilib. Bundan əlavə, YAP-ın Gənclər Birliyinin təşəbbüsü ilə elmi konfransın keçirilməsi planlaşdırılıb. Partiyanın rayon təşkilatlarında da anım tədbirləri keçiriləcək. Dekabrın 12-də isə YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR