Bank Of Baku

İstanbulda keçiriləcək beynəlxalq konfransda Azərbaycanı Azay Quliyev və Məlahət Həsənova təmsil edəcək

İstanbulda keçiriləcək beynəlxalq konfransda Azərbaycanı Azay Quliyev və Məlahət Həsənova təmsil edəcək
# 06 dekabr 2007 15:23 (UTC +04:00)
Dekabrın 7-9-da Türkiyənin İstanbul şəhərində “Vətəndaş Cəmiyyəti, tolerantlıq və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq əməkdaşlıq konfransı keçiriləcək. Milli QHT Forumunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti bu gün Türkiyəyə yola düşüb. 45 ölkə nümayəndə heyətinin qatılacağı konfransda Azərbaycanı dövlət və hökumət nümayəndələri, QHT və digər ictimai-siyasi qurumların təmsilçiləri, Milli Məclisin deputatları təmsil edəcəklər.
Nüfuzlu konfransın açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İslan Konfransı Təşkilatının baş katibi İkmələddin İhsanoğlunun çıxışı gözlənilir. Azərbaycanı tədbirdə Milli QHT Forumunun prezidenti, Milli Məclisin deputatı Azay Quliyev və “Lider Qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət Həsənova təmsil edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR