Bank Of Baku

Tokioda GUAM-Yaponiya dialoqunun ikinci raundu keçirilib

Tokioda GUAM-Yaponiya dialoqunun ikinci raundu keçirilib
# 06 dekabr 2007 15:38 (UTC +04:00)
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü, bu ölkədə yerləşən Gürcüstan və Ukrayna səfirliklərinin birgə səyləri və Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə 4-6 dekabr tarixlərində Tokio şəhərində GUAM-Yaponiya dialoqunun 2-ci raundu keçirilib. GUAM-ı Azərbaycanın sədrliyi altında Azərbaycan XİN-in Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırmalar İdarəsinin rəisi Tofiq Musayev, Gürcüstan xarici işlər nazirinin birinci müavini Nikoloz Vaşakidze, Ukrayna xarici işlər nazirinin müavini Andrey Veselovski və GUAM-ın vaş katibi Valeri Çeçelaşvili təmsil edib. Tərəflər cari ilin iyun ayında GUAM-ın Bakıdakı zirvə toplantısı çərçivəsində keçirilmiş 1-ci GUAM-Yaponiya görüşünün nəticələrinə əsaslanaraq qarşılıqlı fəaliyyətin inkişafını alqışlayıb və ticarət, sərmayələrin, turizmin təşviqi, enerji və nəqliyyat, o cümlədən GUAM ərazisində mövcud olan münaqişələrin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həlli sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. GUAM tərəfi Yaponiya Xarici İşlər Nazirliyində GUAM üzrə xüsusi nümayəndənin təyin olunmasını yüksək qiymətləndirib. Hər iki tərəf əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə dialoqun davam etdirilməsi ilə əlaqədar səylərini əsirgəməyəcəyini vurğulayıb. Dekabrın 5-də GUAM nümayəndə heyəti Yaponiya Milli Mətbuat Klubunda yerli və xarici kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib. Dekabrın 6-da isə Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun dəvəti ilə “GUAM-Yaponiya əməkdaşlığı və gələcək perspektivləri” mövzusunda konfrans təşkil olunub və GUAM dövlətlərinin Yaponiyadakı səfirlikləri adından rəsmi ziyafət verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR